03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AMEA-nın alimi koronavirusdan vəfat etdi

16.12.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimi Arif  Məhərrəmov koronavirusdan vəfat edib. Bu barədə Akademiyadan məlumat verilib.

A.Məhərrəmov ötən gün dəfn olunub. 

Arif Məhərrəmov 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Fizika-Riyaziyyat elmləri doktoru, professordur. 

2017-ci ildə "İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Alim 400-dən artıq elmi işin müəllifidir. Onlardan 200-ü xaricdə çap olunub. 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi altında 11 elmlər namizədi müdafiə edib. 2 doktorluq dissertasyasının məsləhətçisidir.