09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MARDAN PALACE bərbad halda

07.07.2018

Azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyada 1,4 milyard dollara tikdirdiyi, borclarına görə müsadirə olunan "Mardan Palace” otelinin son görüntüləri yayılıb.
Türkiyə KİV-i xəbər verir ki, bir vaxtlar dünya ulduzlarını qonaqlayan dünyanın ən lüks otellərindən olan "Mardan Palace”da hazırda baxımsızlıq hökm sürür.
Ötən ilin avqustundan qonaq qəbulunu dayandıran oteldə hazırda sadəcə 30 nəfərdən ibarət təhlükəsizlik əməkdaşı var. Borca görə suları kəsilən otelin yaşıllıq sahələri məhv olub, orada saxlanılan heyvanların bir qismi isə ölüb. Misirdən xüsusi olaraq gətirilən 9 min tonluq qızılı qum isə yoxa çıxıb.