29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəstəliklə mübarizədə tək yol...

15.12.2020

Dünyanın bir nömrəli probleminə çevrilən koronavirus pandemiyası davam etməkdədir. İnfeksion xəstəlikləri başqa xəstəliklərdən fərqləndirən mikroorqanizmlərdir. Hər bir mikroorqanizmin yoluxduruculuq qabiliyyəti həssas orqanizmdə baş verir.

DM xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Əgər müalicə üçün antimikrob maddə yoxdursa, xəstəliklə mübarizdə tək yol prpfilaktikadır. Profilaktika iki yerə ayrılır: spesifik və qeyri-spesifik. Qeyri-spesifik profilaktika maska və gigiyena qaydalarına riayət, spesifik profilaktika isə vaksinasiyadır. İmmunitet sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaranmır. Yaxud da hüceyrə immuniteti, yəni T limositləri vasitəsilə virusu məhv edir. Biz əgər vaksindən istifadə ediriksə, bunlardan biri yaranır.

Vaksinasiya müalicə dövründə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından biridir".

O bildirib ki, müasir peyvəndlər bəşər tarixində milyonlarla insanın həyatını xilas edib:

"Vaksinlər icad olunana qədər dünyamız indikindən qat-qat təhlükəli idi. Biz bu gün vaksinlərin icadından sonra daha güvənli dünyada yaşayırıq. Vaksinlər sayəsində onlarla xəstəlik ləğv edilmək üzrədir".