29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİN postlarla bağlı məlumat yaydı

15.12.2020

 COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın hər bir nöqtəsində, eləcə də respublikanın digər iri şəhərləri ilə yanaşı bölgələrdə də xidmətə cəlb olunan polis və daxili qoşunların hərbi qulluqçuları tərəfindən karantin qaydalarına əməl olunmasına nəzarət daha da gücləndirilib.

Müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir. Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur.

"Bir daha vətəndaşlarımızı sərtləşdirilmiş karantin rejimi dövründə polis əməkdaşları ilə yanaşı bu virusla mübarizə aparan digər dövlət orqanları ilə birgə həmrəylik nümayiş etdirməyə çağırırıq", - Mətbuat Xidmətindən bildirilib.