29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanla Türkiyə arasında yeni müqavilə

15.12.2020

 Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalayacaqlar.

DM-in Türkiyə mətbuatına istinadən məlumatına görə, sənədin dekabrın 16-da iki ölkənin enerji nazirlikləri arasında imzalanacağı gözlənilir.

Məlumatı Trend-ə Energetika Nazirliyi də təsdiqləyib və sənədin təfərrüatlarının imzalandıqdan sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov bir qədər əvvəl Trend-ə bildirmişdi ki, Naxçıvan Muxtar Respublikasına etibarlı qaz tədarükü gündəmdəki məsələlərdən biridir: "Bu baxımdan Azərbaycandan Türkiyəyə tədarük olunan təbii qazın bir qisminin İqdır-Naxçıvan qaz kəməri ilə Naxçıvana nəqli planlaşdırılır. "

Nazirin sözlərinə görə, bu layihə Naxçıvan Muxtar Respublikasının qaza olan ehtiyacını ödəməyə imkan verəcək və enerji təhlükəsizliyini gücləndirəcək.