29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

190 manat bu şəxslərə veriləcək

14.12.2020

Bundan əvvəl birdəfəlik ödəmə üçün müraciət edən şəxslər barədə elektron araşdırma aparılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, bu dəfə də 600 min şəxsə 190 manat yardım ediləcək, ancaq bu rəqəm dəyişə də bilər:

"Karantin rejimindəki məhdudlaşma ilə bağlı iqtisadi fəallıq aşağı düşdüyünə görə, daha öncə 190 manat birdəfəlik yardım üçün müraciət edən vətəndaşlar arasında Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara və qaydalara uyğun olaraq elektron araşdırma aparılacaq. Bu dövr ərzində işsiz statusu qüvvədə olan və əmək müqaviləsi ilə işə götürülməyən şəxslərə yenidən 190 manat ödəniləcək. Birdəfəlik ödəmə ediləcək şəxslərin sayı hazırda 600 min nəfərdir, ancaq bu arta da bilər, azala da”.