29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cəbrayılda Şərq çinarları əkilib

14.12.2020

Növbəti ağacəkmə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşlarının iştirakı ilə Cəbrayıl şəhəri ərazisində keçirilib.

ETSN-dən verilən məlumata görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Mehman Səfərov bildirib ki, keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla Şərq çinarları əkilib.

"Payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam, Zəngilan və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib.