29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda karantin postları fəaliyyətə başladı

14.12.2020

 Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb.

DM xəbər verir ki, şəhərin giriş-çıxışları ilə yanaşı daxildəki avtomobil yollarında da postlar qurulub.

Karantin postlarına Daxili İşlər Nazirliyi əməkdaşları cəlb edilib. Səhər saatlarından etibarən polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür.

Karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.