29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya MN-dən Laçın dəhlizi ilə bağlı daha bir AÇIQLAMA

14.12.2020

 Rusiya sülhməramlı kontingentinin əsgərləri Laçın dəhlizindəki nəzarət məntəqələrini təchiz etməyə davam edirlər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətrafı hərtərəfli müşahidə etmək üçün hazırlanmış "yoxlama məntəqəsi” istehkamları ilə təchiz edilib.

Qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər. Onlar həmçinin, mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini və sakinlərin Laçın dəhlizindən keçməsini, qida və müxtəlif malların daşınmasını təmin edir, infrastruktur obyektlərinin bərpası üçün tapşırıqları yerinə yetirən təmir qruplarını müşayiət edir və onların təhlükəsizliyini təmin edirlər.