29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Həddini aşan iranlı siyasətçilər Ərdoğan haqqında danışanda sayğılı olmalıdır”

12.12.2020

"Həddini aşan iranlı siyasətçilər Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışanda sayğılı olmalıdırlar. Çətin anlarda İranın dostu olan Prezidentimizə hücum edənlər öz ölkələrinin düşmənlərini sevindirirlər”.

DM-in məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik "Twitter” hesabında yazıb.

AKP sözçüsü bəzi İran siyasətçilərinin Türkiyə Prezidenti haqqında istifadə etdikləri çirkin dili qınadıqlarını bildirib: "Hər kəs İranın üzləşdiyi sanksiya və embarqolara susanda yalnız Prezidentimiz buna qarşı çıxmışdı”.

"Bu gün azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmələrinə sevindiyimiz, sevinənlərlə yan-yana olduğumuz gündür. Bundan narahat olanlar öz fikirlərini nümayiş etdirirlər. Prezidentimiz haqlıların yanında durmağa, haqsızlıq qarşısında susmamağa davam edəcək. Biz erməni işğalına qarşı Azərbaycanın yanındayıq. Qardaş İranı da haqsızlıqlardan qorumağa davam edəcəyik”, - deyə Ö. Çelik vurğulayıb.

Qeyd edək ki, Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Araz çayı haqqında söylədiyi şeir İran tərəfinin narazılığına səbəb olub. İran xarici işlər naziri Cavad Zərif Ərdoğanın bu şeiri söyləməsini qınayıb, Türkiyə səfiri İran XİN-ə çağırılaraq, izahat tələb olunub. Eyni zamanda İran tərəfinin bu addımına görə, bu ölkənin səfiri də Türkiyə XİN-ə çağırılıb.