29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Paşinyan Yeni ilədək istefaya gedəcək“

11.12.2020

 "Nikol Paşinyan bu gün Robert Köçəryanın erməni siyasətində bir amil olması üçün hər şeyi etdi və indi Ermənistanın ikinci prezidenti çoxları üçün alternativ olacaq”. 

DM moderator.az-a istinadla xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, bunu siyasi şərhçi Hayk Xalatyan "Faktİnfo” studiyasındakı "Mövqe” proqramına müsahibəsində söyləyib.

"Robert Köçəryanın yenidən hakimiyyətə qayıtmaq istəyib-istəmədiyini bilmirik. Bir şey aydındır ki, növbəti seçkilərdə Köçəryan siyasətdə indikindən daha böyük rol oynayacaq ”-deyib Xalatyan.

"Paşinyan oyun qaydalarını o qədər tez pozurdu ki, bu gün ona təhlükəsizlik zəmanəti verildikdə, ümumiyyətlə, başqalarının da bu razılaşmanı pozacağını düşünür. Görünür, buna görə də istefaya getmir”-deyə  şərhçi vurğulayıb. 

Buna baxmayaraq, Hayk Xalatyana görə, Ermənistanda hakimiyyət dəyişikliyi Yeni ildən əvvəl baş verəcək.