29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov Akara başsağlığı verdi

11.12.2020

 Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın Ras əl-Eyn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyənin Jandarma Baş Komandanlığının hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Suriyanın Ras əl-Eyn şəhərində xain terror aktı nəticəsində qardaş Türkiyə Respublikası Jandarma Baş Komandanlığının hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.

Allah rəhmət eləsin", - başsağlığında deyilir.