29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətən Müharibəsi Qəhrəmanı adı verilən gənc kimdir?

11.12.2020

 Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilən hərbçilərimizdən biri də 26 yaşlı Naildir.

DM axar.az-a istinadla xəbər verir ki, İbrahimov Nail Nəriman oğlu 1994-cü ilin mart ayının 4-də Oğuz rayonu Xaçmaz kəndində anadan olub.

Nail 2011-ci ildə Vüqar İbrahimov adına 2 saylı orta məktəbi uğurla başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Uşaqlığından hərbiyə sevgisi olan Nail hərbi xidməti başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin sıralarına daxil olub. Bundan sonra isə xidmət dövründə böyük intizamı ilə seçildiyi üçün onu Xüsusi Təyinatlı Qüvvələrə daxil ediblər.

O, Vətən müharibəsinin başladığı ilk gündən savaşa qatılıb və düşmənlə mübarizəyə ən öndə gedən qəhrəmanlarımızdan olub. Füzuli, Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə iştirak edib və bu rayonların azad olunmasında xüsusilə fərqlənib.

Nailin son döyüş meydanı Şuşa olub. O, noyabrın 7-si gedən gərgin döyüşlər zamanı yaralanan xidmət yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gəlib və şəhid olub.

Şəhidin məzarı Xaçmaz kənd Şəhidlər Xiyabanındadır.

Qeyd edək ki, Nail həm də güləşlə məşğul olub. Dəfələrlə yarışılarda iştirak edərək, bir neçə medal və diplom qazanıb.

Prezident İlham Əliyevin 9 dekabr sərəncamı ilə Nail İbrahimova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.