06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı və Ankara arasında yeni dövr başlayır

11.12.2020

Türkiyə və Azərbaycan arasında gediş-gəlişin şəxsiyyət vəsiqəsilə həyata keçirilməsindən sonra iki ölkə arasında həm iqtisadi əlaqələr, həm ticarət dövriyyəsi, həm də investisiya qoyuluşlarında ciddi artımlar olacaq.

Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

O bildirib ki, bu praktika dünya ölkələri arasında nadir rast gəlinən haldır:

"Məsələn, Avropa Birliyində belə praktika var. Yalnız o ölkələr bu praktikadan istifadə edir ki, bir-birinə çox yaxındırlar və ya eyni ittifaqda təmsil olunurlar. Azərbaycan və Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin reallaşması onu göstərir ki, biz həqiqətən də bir millət, iki dövlətik”.

Millət vəkili bildirib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür:

"Bu potensialın genişləndirilməsi imkanlarından biri də məhz sərbəst gediş-gəlişin təmin olunmasıdır. Bu yalnız vətəndaşlarımız deyil, eyni zamanda iş adamlarının sərbəst gediş-gəlişinin təmin olunması baxımından vacib hesab olunur. Bu, həm də iqtisadi əlaqələrimizə təsir göstərəcək.

Biz pandemiyadan sonra iki ölkə arasında ticarət dövriyyəsinin artmasını müşahidə edəcəyik. Eyni zamanda bu, ölkələr arasındakı sərmayə qoyuluşuna təsir edəcək. Nəzərə alaq ki, Azərbaycanın Türkiyədəki sərmayəsinin 2021-ci ildə 20 milyard dollara qədər yüksələcəyi gözlənilir.

O cümlədən Türkiyənin Azərbaycana sərmayə qoyuluşunun artacağı gözlənilir. Çünki rəsmi Ankara Azərbaycanın işğaldan azad olunan ərazilərində investor kimi fəal iştirak etmək niyyətindədir. Artıq bunu rəsmi olaraq bəyan edib”.