06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: Bu sözlərimə görə Makron mənə əsəbləşəcək

10.12.2020

 Rəhbərlik çox önəmlidir. Yəni durub Qarabağı öz parlamentindən keçirdiyin qərarla "bura artıq dövlətdir və biz buranı bu şəkildə tanıdıq” demə haqqına sahib deyilsən. Bunu heç Paşinyan belə qəbul etməyib. Sən isə durub Makron olaraq bunu parlamentdən keçirməyə meyillənirsən.

DM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən birgə mətbuat konfransında söyləyib.

"Demək ki, hələ siyasəti öyrənə bilməyib. Dövlət idarəçiliyini də anlaya bilməyib. Harda nə, necə olur bilmir. Sabah, bəlkə, mənə əsəbiləşəcək, bəlkə də elə bu axşam əsəbiləşəcək. Bu, başqa mövzudur. Ancaq belə olsa da, biz haqqı söyləməliyik”, - o qeyd edib.