04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oğulları itkin düşmüş erməni anaları xalqa səsləndi

10.12.2020

 İkinci Qarabağ Müharibəsində itkin düşmüş erməni əsgərlərin yaxınları növbəti dəfə Eçmiədzin hərbi hissəsinin qarşısına toplaşıblar.

DM xəbər verir ki, onlar Ermənistanın hərbi-siyasi rəhbərliyindən övladlarının geri qaytarılmasını tələb ediblər.

Narazı ermənilərdən biri "Aysor" nəşrinə açıqlamasında Ermənistanda mövcud hərbi anarxiya barədə maraqlı faktları açıqlayıb:

"Ermənistan Müdafiə Nazirliyinə müraciət edirəm ki, generalların çiynindəki paqonlarını söküb zibil yeşiyinə atsınlar. Xalqdan istəyim isə budur ki, övladlarınızı ordu sıralarında xidmət etməyə qoymayın. Çünki erməni generallar sizin övladlarınızı ölümə aparacaqlar. Özləri isə qaçacaqlar.

İki il həbs olunmaları orduya getmələrindən daha yaxşıdır. Ermənistanda ordu deyilən şey yoxdur. General leytenantlar çobandır".

Qeyd edək ki, erməni analarının fəryadı Ermənistanın siyasi rəhbərliyinin işğalçı ambisiyasını bir daha ortaya qoyub. Belə ki, məhz rəsmi İrəvanın işğalçı siyasətindən əl çəkməməsi sonda ölkənin acınacaqlı duruma düşməsi ilə nəticələnib.