06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Litvalı jurnalist: Qarabağda dəhşət gördüm

10.12.2020

Bu gün mənim üçün böyük bir bayramdır! Azərbaycan əzəli tarixi torpaqlarını azad etdi!

DM xəbər verir ki, bu sözləri litvalı hərbi jurnalist Riçardas Lapaytis bildirib. Jurnalist qeyd edib ki, illər öncə tanınmış tarixçi Rizvan Hüseynov ondan münaqişənin həllini necə gördüyünü soruşub:

"Mən ona cavab verdim: bir həll yolu görürəm - müharibə qaçılmazdır! Azərbaycan ordusu, yalnız Azərbaycan əsgəri torpaqları işğalçıdan azad edəcək!

İllər əvvəl çoxu mənim yanaşmamı və çözümə olan baxışımı dərk etməmişdi. Uzun illərdir bu əməliyyat gizli saxlanılırdı. Mən daima cəbhə bölgəsini ziyarət edən az sayda şəxslərdən biri idim. Çiyin-çiyinə kəndbəkənd, şəhərbəşəhər, zirvəbəzirvə, müqəddəs torpaqlarımızı azad edəcəyimizə və işğalçını gəldiyi yerə qovacağımıza zərrə qədər şübhəm olmayıb! İlanlardan da betər süründüm! Cəbhədə bütün baş verənlərin şahidi oldum, vəhşiliklərə dözdüm... Dinc əhalinin öldürülməsi, tarixi irsə münasibətdə barbarlıqdır! Mən cəbhədə baş verən hər şeyi bilirdim, orada həm muzdlular, həm daşnaklar, həm də digər çirkablar var idi! Lakin bu, inancımı yıxmadı, mənə güc verdi! Az da olsa inamını itirənlərə deyirdim ki, mənə baxın, mən litvalıyam və mən inanıram, siz necə inanmaya bilərsiniz? Bu fikri düz 30 il qoruyub saxladım! Və ünvanıma gələn heç bir təhdid məni ruhdan salmadı. Mənimlə ən azı bir dəfə ünsiyyətdə olan hər kəs mənim sözlərimi bilir. Və onlar nəhayət gerçəkləşdi. Ruhun şad olsun, Azərbaycan şəhidi! Sən mənim qəhrəmanımsan! Gənc ömrünü bütün incidilənlər, günahsız yerə öldürülənlər uğruna qurban verdin... Əbədi olaraq qəlblərdə yaşayacaqsan! SƏNİ SEVİRƏM!"

Qeyd edək ki, litvalı jurnalist Riçardas Lapaytis Azərbaycana xoş münasibətini dəfələrlə göstərib. O, həmçinin Qarabağın işğaldan azad edilməsini "torpaqlarımızın azad edilməsi" sözləri ilə ifadə edib.