08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çimərliyə gedənlərin nəzərinə: ehtiyatlı olun!

06.07.2018

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.
Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında günəşli hava şəraiti olacaq. İyulun 7-də qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, yağmursuz hava şəraiti müşahidə olunacaq. İyulun 7-dən iyulun 8-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.
"Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalini çimərliklərdə ehtiyatlı olmağa çağırırıq", - deyə, ETSN-dən bildirilib.