05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Zəfər paradında bu şeiri söylədi

10.12.2020

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bugünkü Zəfər paradında çıxış edərək Prezident İlham Əliyevi, Azərbaycan Ordusunun mənsublarını salamlayıb.

DM xəbər verir ki, Ərdoğan Azərbaycanın 44 gün davam edən mübarizəsində şəhid olanlara Allahdan rəhmət diləyib:

"Qazilərimizə şəfalar diləyirəm. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi:

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı, ancaq
Qanla möhürləyib, zorla alarlar.

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Qarabağı 30 illik həsrətin ardından Ana Vətənlə qovuşduran Azərbaycan Ordusunun üzvlərini dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm”, -deyə Türkiyə Prezidenti bildirib.