07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda kütləvi itaətsizlik başladı

09.12.2020

 Ermənistanda kütləvi itaətsizlik aksiyası davam edir.

Ölkənin əksər vilayətlərində davam edən aksiyalar nəqliyyatın hərəkətinin iflic edilməsi, inzibati binaların blokadaya alınması və digər bu kimi addımlarla müşayiət olunur.

Məsələn, bu gün bir qrup şəxs Şirak vilayətinin Bavra kəndindən keçən dövlətlərarası magistral yolun hərəkətini dayandırıb. Onlar Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Kütləvi itaətsizlik aksiyası dünəndən başlayıb. Ermənistan parlamentinin bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Artıq hakimiyyətin də seçkilərə getmək barədə düşündüyü barədə məlumatlar. Bu halda kütləvi itaətsizlik aksiyasının davam etməsi növbədənkənar parlament seçkilərinin də siyasi böhrandan çıxış yolu olmadığını göstərir.

Ermənistan müxalifətinin bir hissəsi də çıxış yolunu yalnız Paşinyanın istefasında görür. Baş nazir isə istefa vermək niyyətində görünmür. Artıq Ermənistan ictimaiyyətinin tanınmış nümayəndələri vətəndaş müharibəsinin başlaya biləcəyi barədə həyəcan təbili çalırlar.