29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılır

09.12.2020

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov bu gün yenidən məhkəmə qarşısına çıxarılacaq.

Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza məhkəməsi "Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun barəsində irəli sürülən ittihamnaməyə baxacaq.

Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən bu ilin martında saxlanılıb. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi "Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.