28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çinin koronavirusa görə vaksini effektivliyinə görə birinci yerdədir

09.12.2020

 Çində istehsal olunan koronavirusa qarşı vaksin sınaqları effektivliyinə görə birinci yerdədir.

DM "bloomberg.com”a istinadən xəbər verir ki, koronavirusa qarşı "Sinovac” vaksininin sınaqları üzrə aralıq məlumatlarına əsasən, Çin preparatı 97 faiz effektivlik göstərib.

İndoneziyanın "Bio Farma” əczaçılıq kompaniyasının yaydığı məlumata görə, klinik sınaqlar aparılıb. Sınaq nəticələrinə görə, "Sinovac” vaksini 97 faizə qədər effektivlik göstərir.

İndoneziyada ilk mərhələdə aparılan sınaqlardan uğurla çıxan vaksindən istifadə olunacaq. Ölkəyə çatdırılacaq 18 milyon peyvənd dozasından 15 milyonu yerli "Bio Farma” əczaçılıq kompaniyası tərəfindən istehsal olunacaq. İndoneziya dövlətilə imzalanan müqaviləyə görə, ilkin mərhələdə 250 milyon vaksin dozası tədarük ediləcək.