29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronaya qarşı vaksindən 6 nəfər öldü

09.12.2020

 ABŞ-ın "Pfizer” və Almaniyanın "BioNTech” şirkətlərinin birgə istehsal etdikləri vaksinin sınaq testləri nəticəsində 6 nəfər ölüb.

DM xəbər verir ki, bu barədə ABŞ-ın Qida və tibbi ləvazimatların keyfiyyəti idarəsinin saytında yayılan məlumatda qeyd olunub.

Bildirilib ki, peyvənd vurulan qrupda olan ateroskleroz və piylənmədən əziyyət çəkən şəxs vaksinin vurulmasından üç gün sonra ölüb. Başqa birində isə ikinci dozadan 60 gün sonra ürək çatışmazlığı baş verib və 3 gün sonra o da ölüb. İki nəfər insult və infarktdan ölüb, qalan iki nəfərin isə ölüm səbəbi bilinmir.

Ölənlərin yarısının yaşı 55-dən yuxarı olub.