29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu halda yaşayış yerini icazəsiz tərk etmək olar

08.12.2020

 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq ediləcək.

Operativ Qərargahdan verilən məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı şəxslərin yaşayış yerini və olduğu SMS göndərmədən və ya "E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan tərk etmək hüququ var:

1. həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandıqda;

2. məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda (məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırılmasına dair sənəd əsasında).