29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəngilandakı bu dəstədən 50 gündür xəbər yoxdur

08.12.2020

 İtkin düşmüş erməni hərbçilərin valideynləri Eçmiədzindəki hərbi hissənin qarşısında etiraz aksiyası keçirib.

DM xəbər verir ki, valideynlər Zəngilan bölgəsində olan 60 nəfərdən ibarət dəstədən 34 nəfərin itkin düşdüyünü bildirirlər.

Valideynlərdən birinin sözlərinə görə, artıq 50 gündür ki, həmin hərbçilərlə əlaqə kəsilib və dekabrın 1-də ailələrə 3 gün ərzində bəzi məlumatların veriləcəyi deyilsə də, hələlik heç bir xəbər yoxdur.

Hərbçilərdən birinin anası Anait Adoyan bildirib ki, onlar əsgərlərin bir hissəsinin əsirlikdə olduğuna dair məlumatlar alsalar da, bu, rəsmi olaraq təsdiqlənmir.

Qeyd edək ki, itkin düşənlərin yaxınları Ermənistan Müdafiə Nazirliyinin binasına getməyi planlaşdırır.