29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirus xəstələrinin diqqətinə

08.12.2020

 "Koronavirusa yoluxanların 52 faizi Bakının payına düşür”.

DM-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, intensiv terapiyada yatan xəstələrin sayı artır: "Bu gün narahatlıq doğuran məqamlardan biri xəstələrin xəstəxanalara ağırlaşmış vəziyyətdə daxil olmasıdır. Əhali arasında sosial şəbəkələr vasitəsi ilə çoxsaylı reseptlər dolaşır. Vətəndaş qan durulducular qəbul edirsə, dozaları həkimlərlə məsləhətləşməlidirlər. Deksametazonu gün ölkədə geniş istifadə olunur, hətta apteklərdə tövsiyə edirlər. Bu, səhvdir. Antiviral preparatlar və antibiotiklər də bu sıraya daxildir. Həkim məsləhəti olmadan bu dərmanlardan ev şəraitində istifadə edilməməlidir”.