08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kanada ABŞ-a qarşı cavab tədbirləri görəcək

06.07.2018

Kanada hökumətinin ötən həftənin sonunda yaydığı açıqlamada bildirilib ki, ABŞ-ın alüminium və polad idxalı üçün əlavə rüsum tətbiq etməsinə qarşı Kanada da cavab tədbiri görmək, rüsum və yığımlar tətbiq etmək niyyətindədir.
Baş nazir Castin Tryudonun rəhbərlik etdiyi hökumətin tərtib etdiyi siyahı əsasında iyulun 1-dən ABŞ-dan Kanadaya idxal edilən mallar üçün 10 və 25 faiz həcmində rüsum tutulur.
Qeyd edilib ki, ketçup, otbiçən aqreqatlar və mühərrikli qayıqlar üçün nəzərdə tutulan vergilərin Kanadanın dövlət büdcəsinə 12,6 milyard dollar əlavə gəlir gətirəcəyi gözlənilir. O da nəzərdən yayınmır ki, rüsum tətbiq edilməsi planlaşdırılmış ABŞ mallarının siyahısı tərtib olunarkən iqtisadi mülahizələrdən daha çox siyasi amillərə üstünlük verilib.
Kanada hökumətinin açıqlamasında bildirilib ki, bu, heç də eskalasiya kimi qəbul edilməməlidir və onlar buna yol verməzlər: belə bir qərarın verilməsi ABŞ hökumətinin hərəkətinə cavabdır. Bu addım atılarkən hər bir dollar nəzərə alınıb.