04 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan özünü Qarabağa görə günahkar saymır

08.12.2020

 Nikol Paşinyan sübut etməyə cəhd edir ki, Qarabağ ətrafında yaranan situasiyanın günahkarı təkcə o yox, hamımızıq.

DM xəbər verir ki, bunu Ermənistan Sosioloji Tədqiqatlar Mərkəzinin rəhbəri Aqaron Adibekyan deyib.

"Qarabağ bəyanatından sonra Paşinyanın reytinqi əhəmiyyətli dərəcədə azalıb. Əgər 2018-ci ildə onun elektoratı 75% idisə, indi görüntü tamam başqadır. Əgər Paşinyan yenə baş nazirliyə namizədliyini irəli sürməyi arzulasa, məğlubiyyətə düçar olacaq. Müxalifətin ultimatumuna gəlincə isə, Paşinyan sadəcə ayağa qalxıb getməyəcək. Məsələ odur ki, o baş verənlərdə özünü günahkar saymır və günahı hər kəsin üzərinə atmağa cəhd edir”, – deyə o bildirib.