04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni keşiş Paşinyana REAKSİYA

08.12.2020

 1988-ci il dekabrın 7-də baş vermiş Spitak zəlzələsinin 32-ci ildönümü münasibətilə Nikol Paşinyan fəlakət qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etmək üçün Gümrü, Spitak, Vanadzor şəhərlərinə, Şirakamut kəndinə səfər edib. 

DM-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Erməni Apostol Kilsəsinin Şirak piskoposluğunun baş yepiskopu, arxiyepiskop Mikael Adjapaxyan baş nazirin qatıldığı anım mərasimində iştirakdan imtina edib.

Keşiş bildirib ki, Paşinyanın səfəri onun üçün arzuolunmazdır, xoşagəlməzdir: "Ona görə də Paşinyanın qatıldığı mərasimdə xidmətdən imtina etdim. Bu, hər hansı bir din xadiminin haqqıdır. Ruhani kimsənin xahişi ilə heç bir yerdə xidmət etmək məcburiyyətində deyil”.