04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Anar Cəbrayıllı 27 il sonra işğaldan azad olunan evlərinə getdi

07.12.2020

"Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işğaldan azad olunan Cəbrayıl rayonunun Balyand kəndindəki evlərindən indiyə qədər qalan əşyaları tapıb.

Bununla bağlı A.Cəbrayıllı paylaşım edib.

O, sac və səhəng tapdığını bildirib:

"İki müqəddəs nemətin - çörəyin (yuxanın) bişirildiyi sac və suyun daşınıb saxlanıldığı səhəng. 27 il əvvəl kənddə qoyub gəldiyimiz əşyalardan indiyə qalan yalnız bunlardır. Babalarımız çörəyə və suya elə-belə and içmirlərmiş. Hər ikisini gətirib anama verdim”.