29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid anası dövlətin ayırdığı 10 mini Ordumuza bağışladı

07.12.2020

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Məlik Kamran oğlu Zülfüqarovun aası örnək addım atıb.

DM xəbər verir ki, şəhidin anası Yeganə Adilova Azxeber.com-a şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışladığını deyib.

Y.Adilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına təşəkkür edib.

Evin tək oğlu olan Məlik Böyük Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.

19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.