09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstan prezidentinin kürəkəni yaralanıb

06.07.2018

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri yaralanıb.
İnsident ötən gecə Tbilisinin Saburtalo rayonunda baş verib. M. Qoqoçurinin ayaq nahiyəsinə mübahisə zəminində soyuq silahla xəsarətlər yetirildiyi bildirilir. O, təcili əməliyyat olunub və hazırda reanimasiyadadır.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
Qeyd edək ki, M. Qoqoçuri G. Marqvelaşvilinin həyat yoldaşı Maka Çiçiuanın birinci nigahdan olan qızı ilə evlidir. Ötən ilin yanvarında M. Qoqoçuri və onun dostunu odlu silahla yaralayıblar.