29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanın itkilərinin dəqiq sayı...

07.12.2020

Ermənistanın Müdafiə Nazirliyinin İkinci Qarabağ müharibısində verdiyi itkilərlə bağlı açıqladığı rəqəmlər həqiqəti əks etdirmir.

DM xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Nazirliyinin sabiq sözçüsü, briqada generalı Yücəl Karauz bildirib.

O qeyd edib ki, belə müharibələrdə yalan söyləmək mümkün deyil:

"Müasir pilotsuz uçuş aparatları və peyk sistemlərindən müşahidələr onu göstərir ki, Ermənistanın 10 minə yaxın itkisi var”.

General deyib ki, Ermənistan ordusunun bir qismi də cəbhədən qaçıb:

"Onların baş naziri də bu barədə danışdı. Ermənistan ordusu 44 günlük müharibə zamanı arsenalının 65 faizini itirdi. Bunları təsdiq edən görüntülər Azərbaycan Müdafiə Nazirliyində var”.

Türkiyə Ordusunun generalı daha sonra vurğulayıb ki, Ermənistan ordusu müharibə zamanı bütövlükdə şəxsi heyətin 25 faizini itirib:

"Ermənistan düşdüyü vəziyyətdən 15 il ərzində çıxa bilməyəcək. Bu da Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi ən böyük uğurlardan biridir”.