29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikol reytinqini yüksəldir?

07.12.2020

Ermənistanda hakimiyyətin fəaliyyətini əhalinin 40%-i müsbət dəyərləndirir.

DM xəbər verir ki, bu nəticə "Qlas Naroda” ekspert klubunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 50%-i hakimiyyətdən narazı olduqlarını deyiblər.

Ermənistanın Qarabağda məğlub olmasına səbəb kimi isə respondentlərin 20,2%-i siyasi elitanın çatışmazlığı və onların strateji səhvlərini, 4%-i hərbi potensialın yetərsizliyini, 19,2%-i Türkiyənin Azərbaycana hərbi dəstəyini, 56,6%-i isə hər üç cavabı göstərib.

Ermənilərin 66,6%-i ABŞ və AB-nin konfliktin həllində rolunu neqativ dəyərləndirdiklərini bildirib. Bununla belə Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına əhalinin 82,8%-i müsbət baxdığını bildirib.

Paşinyanın istefa məsələsinə gəldikdə isə əhalinin 46%-i baş nazirin öz səlahiyyətlərini icra etməli olduğunu bəyan edib.

Qeyd edək ki, 4 dekabrda Ermənistandakı vəziyyət və hakimiyyətə münasibətlə bağlı "Qallap” (Gallup International association) şirkəti sorğunun nəticəsini açıqlamışdı. O sorğuda Paşinyanın reytinqinin 38% olduğu üzə çıxmışdı.