04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Düşmənin postunu səssizcə alıb, 3 polkovniki əsir götürdük...”

07.12.2020

 Şuşanın azad edilməsi əməliyyatı artıq heç kimdə şübhə doğurmur ki, hərb dərsliklərinə salınacaq qədər unikal əməliyyat olub. Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri meşələrdən, keçilməz qayalıqlardan, dağ cığırlarından irəliləyərək düşməni qala-şəhərin həndəvərində qəfil haqlayıb və sürətlə onların içərilərinə daxil olaraq pərən-pərən salıb.

Şuşa əməliyyatının iştirakçılarından biri, qazi Vüsal Şahbazov şəhərin alınması uğrunda döyüşlərin necə getdiyini, düşmənin mühüm postlarından birini səssiz-səmirsiz ələ keçirib üç gün orada gözlədiklərini və daha sonra posta təchizat, canlı qüvvə gətirən düşmən kalonunu necə pusquya salıb məhv etdiklərini YouTube kanallarından birinə danışıb.