04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir müğənni koronavirusa yoluxdu

07.12.2020

Koronavirusa yoluxan məşhurlar sırasına daha bir nəfər də qoşulub.

DM xəbər verir ki, bu dəfə müğənni Xatun Əliyeva "Covid-19"a yoluxduğunu açıqlayıb.

"Nə qədər qorunsam da, deyilənlərə əməl etsəm də, bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Daşıyıcı olduqları halda rahat insanlar arasına çıxır, ətrafındakı hər kəsi yoluxdururlar. Biz sənət adamları verilişlərə, çəkilişlərə görə məcburuq. Amma vecsiz insanların ucbatından biz də yoluxuruq. İndi məcburam ki, işimi-gücümü yox sayıb, evə qapanım", - deyə Xatun bildirib.

Qeyd edək ki, Nailə İslamzadə, Manaf Ağayev, Ruhi Əliyeva, Lalə Məmmədova, Aydan Axundova, Şəhanə Yusifova kimi sənətçilər də koronavirusa yoluxan məşhurlar sırasındadır.