04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər Araz çayını zəhərləyir

07.12.2020

Ermənistanın Mehri rayonunun şimal-qərb hissəsində olan molibden yataqlarının yuyulması nəticəsində Araz çayına kifayət qədər zəhərli maddələr axıdılır.

DM xəbər verir ki, bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Qafan inzibati rayonu ərazisindən axan Oxçuçay vasitəsilə Araz çayı çirkləndirilir:

"Kür çayı Sabirabadın yaxınlığında Araz çayı ilə birləşir və digər zərərli elementlərlə zənginləşir. Bu çirklənmə də bizim insanlarımızın sağlamlığına və təsərrüfatımıza kifayət qədər zərbə vurur. Ermənilər Ağstafaçay, Həsənsu çaylarının yuxarı hissəsində də həmin fəlakəti törədirlər”.