04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisdə qazilər və şəhid ailələri ilə bağlı dinləmə keçiriləcək

07.12.2020

 Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair komitə daxilində dinləmə keçiriləcək. 

DM-in məlumatına görə, bu barədə məsələ komitənin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib. Həmçinin, iclasın gündəliyinə koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri ilə bağlı dinləmə də daxil edilib. 

Eyni zamanda iclasda "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə ediləcək. 

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib.