09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu problem Türkiyə olmadan həll edilə bilməz - AB

06.12.2020

Türkiyə Avropa Birliyinin (AB) geosiyasət və ticarət baxımından ən əhəmiyyətli müttəfiqlərdən biridir.

Bunu Avropa Parlamentinin (AP) macarıstanlı deputatı Marton Qyönqyösi deyib.

O bildirib ki, bir neçə il əvvəl baş verən miqrant böhranı Türkiyənin AB üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi:

"Bu problem Türkiyə olmadan həll edilə bilməz. Orta Şərq və Şimali Afrikada yaranmış böhranlar da buna aiddir”.

M.Qyönqyösi qeyd edib ki, AB-Türkiyə münasibətləri daha yaxşı ola bilər:

"Münasibətləri asanlaşdıracaq və inkişaf etdirəcək sahələrə diqqət yetirməliyik. Hazırda Aralıq dənizinin şərq hissəsində baş verən proseslər münasibətləri gərginləşdirir. Problemin həlli ilə bağlı konkret addımlar atılmalıdır”.