Fəxrizadənin qisası alındı: MOSSAD rəsmisi öldürüldü 
    
                          
     
                         06.12.2020
 
    
                        Təl-Əvivdə MOSSAD-ın əməkdaşı olduğu iddia edilən Fəhmi Hinavi öldürülüb.
Bu barədə "Hürriyət” məlumat yayıb.
Məlumata görə, Hinavinin olduğu avtomobil işıqforun qırmızı işığında gözləyərkən silahlı hücum baş verib.
Avtomobilə 15 dəfə atəş açıldığı bildirilir.
Qeyd edək ki, bu hücumla İranın nüvə fiziki Möhsün Fəxrizadənin qətlinə cavab verdiyi iddia edilir.