25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Tək Millət, Tək Ürək” heyəti Şəkidə - FOTOLAR

04.12.2020

Dövran Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi (TÜİB) başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə "Tək Millət, Tək Ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində ikinci yardım aksiyası həyata keçirilib. Şəki şəhərindən olan bütün şəhid ailələrinin ehtiyacları müxtəlif sovqatlarla təmin edilib. 

Layihənin təşəbbüskar heyəti başda deputat Ramil Həsən olmaqla hayihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında hər tərəfli şərait yaradan, ev sahibliyi edən Şəki şəhərindən Milli Məclisin deputatı hörmətli Vüqar İsgəndərova və Şəki şəhər İcra Hakimiyyətinə xüsusi təşəkkürlərini bildiriblər.