25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Doğmaları Vətən müharibəsində iştirak edən məşhurlar - SİYAHI

04.12.2020

Qarabağ uğrunda gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərərək adlarını tarixə yazan hərbçilərimiz arasında tanınmış incəsənət insanlarının doğmaları da yer tutub.

DM İkinci Qarabağ döyüşlərində iştirak edən və qəhrəmanlıq göstərən, o cümlədən şəhidlik zirvəsinə ucalan məşhurların yaxınlarının siyahısını təqdim edir:

Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu İsrafil İbrahimov Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Xalq artisti Zabit Nəbizadənin bacısı oğlu Xalid Vətən müharibəsində şəhid olub.

Əməkdar artist Məlahət Abbasovanın qohumu Rövşən müharibədə şəhid olub. Rövşənin 21 yaşı olub.

Müğənni Nazənin Salayevanın dayısı nəvəsi Baba Qasımov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Müğənni Vüqar Muradov da İkinci Qarabağ döyüşlərində iştirak edib.

Müğənni Əflatun Qubadovun qardaşı və oğlu Orxan ikinci Qarabağ müharibəsinin iştirakçılarından olub.

Müğənni Manaf Ağayevin qardaşı və bacısı oğlu Vətən müharibəsində gedən döyüşlərdə iştirak edib.

Əməkdar artist Aybəniz Haşımovanın bacısı oğlu Fazil də torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edib.

Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı müharibə zamanı Ağdamda xidmət edib.