19 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycan Sinqapur modelinə keçməlidirmi?

04.12.2020

 Sinqapur təhsil modelinin Azərbaycan təhsilində uğurlu olacağını düşünmürəm. Gərək biz dünyaya Azərbaycan təhsil modelini təklif edək. Bu gün bunun üçün imkanlarımız var.

Bu sözləri təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanmasını şərh edərkən deyib.

O bildirib ki, Sinqapur dünyanın qabaqcıl beyin mərkəzlərindən biridir:

"Bu ölkədə xüsusilə dəqiq elmlər üzrə kifayət qədər irəliləyişlər var. Lakin düşünmürəm ki, Sinqapur modelini Azərbaycan təhsil sisteminə tətbiq etməyimiz uğur gətirsin. Ümumiyyətlə, başqa bir ölkənin təhsil sistemini digər bir ölkəyə proyeksiya etmək çox çətindir. Biz bundan öncə də bu kimi halların şahidi olmuşuq və kifayət qədər uğursuzluqlar olub.

Digər tərəfdən, bu gün riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini təmin etmək üçün daxili resurslarımızdan istifadə etməli, öz modelimizi yaratmalıyıq. Tarixən azərbaycanlı və Azərbaycan əsilli riyaziyyatçılar olub və onların bu elmə xidmətləri danılmazdır. Müstəqilliyin ilk illərində bir çox gənc alimimiz dünyanın müxtəlif ölkələrinə köçdü və bu gün də uğurları davam edir. İlk növbədə, həmin kadrları ölkəyə cəlb edib, yeni bir model - Azərbaycan modelini ortaya qoyaq”.

Ekspert təklif edib ki, SSRİ-dən miras qalan təhsil sistemini təkmilləşdirib, milli təhsil modelimizi yaradaq: "Bunun ən gözl örnəyi Britaniya təhsil modelidir. Ümumiyyətlə, bu gün dünyada qabaqcıl təhsil sistemi olan və uğurlar qazanan ölkələrin bir çoxu ya mövcud təhsil sistemlərini təkmilləşdirir, ya da təkmilləşən başqa bir ölkənin modelini mənimsəyir”.