20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Paşinyanın reytinqi açıqlandı – Hamı təəccüb etdi

04.12.2020

Ermənistandakı vəziyyət və hakimiyyətə münasibətlə bağlı "Qallap” (Gallup International association) şirkəti sorğu keçirib.

DM xəbər verir ki, 25 noyabr-2 dekabr arasında keçirilən sorğuda iştirak edənlərin 38%-i Paşinyanı dəstəkləyib və onun vəzifəsinə davam etməsi gərəkdiyini bildirib. 45% isə onun istefa verməsi gərəkdiyini söyləyib.

Növbədənkənar seçkilərə heç bir ehtiyac görməyənlər 41%, bunu lazımlı sayanlar isə 46% təşkil edib.

Respondentlərin 32%-i prezident üsul-idarəsinə qayıtmağı vacib sayıb, 38% isə hazırkı sistemi məqbul hesab edib.

Şirkət ilin sonuna qədər daha iki sorğu keçirəcəyini elan edib.

Qeyd edək ki, Paşinyanın iyun ayında reytinqi 85% olsa da, müharibəyə səbəb olması və kapitulyasiya imzalamasından sonra hələ də reytinqinin 38% olması yüksək nəticə sayılıb. Belə ki, onun ümumilikdə xalqın içində dəstəyinin tükənmədiyi üzə çıxıb.

Əksinə, bir müddət öncə keçirilən sorğuda Paşinyanın reytinqinin 30 faizə düşdüyünü qeyd edən ekspertlər hazırkı nəticəyə görə Ermənistan Baş nazirinin cəmi bir həftəyə vəziyyətini xeyli düzəltdiyini iddia ediblər.