19 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Şəhidlərin xatirəsinə musiqi kompozisiyası hazırlanıb

04.12.2020

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb.

DM xəbər verir ki, Əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Əbədi zirvə" adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bir ömür boyu onlara minnətdar olacaq, qəlbimizdə əbədi yaşadacağıq!