30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda bankların birgə bankomat şəbəkəsi isifadəyə verilib

03.12.2020

 Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçılarının daha əlverişli tarif siyasəti tətbiq etməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirir və onların icrasını daim diqqət mərkəzində saxlayır.

DM "report”a istinadən xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan "birgə bankomat şəbəkəsi” Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılmışdır. Bu məqsədlə 11 bankın ("AccessBank" QSC, "AFB Bank" ASC, "Azər-Türk Bank" ASC, "Bank of Baku" ASC, "Expressbank" ASC, "Günay Bank" ASC, "TuranBank" ASC, "Unibank" KB ASC, "Yelo Bank" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC, "Ziraat Bank Azərbaycan" ASC) və "Azərpoçt” MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanmışdır. Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət "birgə bankomat şəbəkəsi”ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Yaradılmış "birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcəkdir.

Gələcəkdə "birgə bankomat şəbəkəsi”nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək.