29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hərbçilərimiz Türkiyədə coşqu ilə qarşılandı

03.12.2020

 Qarabağda döyüşən Azərbaycan əsgərləri təyyarə ilə getdikləri İğdırda çoşqu ilə qarşılanıblar.

Onlar şəhid Bülent Aydın Hava Limanından quru yolu ilə birbaşa Naxçıvana yola düşüblər.

Beş avtobusda hərəkət edən əsgərlərimizə əslən Azərbaycandan olan vətəndaşlar sevgilərini nümayiş etdiriblər. Əllərində Azərbaycan bayraqları olan insanlar avtobusa daxil olaraq "xoş gəldiniz, başımızın tacı! Allah sizi qorusun”,- deyə bildiriblər.

Türk polisi və jandarma komandasının müşayiəti ilə hərəkət edən hərbçilər Dilucu Sərhəd Məntəqəsindən Naxçıvana keçiblər.