Dilqəmlə Şahbaz koronaya yoluxdu 
    
                          
     
                         03.12.2020
 
    
                         Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin COVİD-19 testinin nəticələri müsbət çıxıb.
DM xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Məlumatı İnfoteka-24-ə təsdiqləyən mənbə onların müalicə alıb-almadığı haqda bilgi verməyib.
Qeyd edək ki, bundan öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa türməsindən Ermənistana aparıldığı bildirilmişdi. Onların harada saxlanıldığı açıqlanmır.