29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı

03.12.2020

 Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan və Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan Qarabağda hərbi əməliyyatlar zamanı həlak olan erməni hərbçisi Vrej Poqosyanın ailəsini ziyarət edib.

Akopyanın ailənin kədərini bölüşmək, dəstəyini ifadə etmək üçün etdiyi ziyarət zamanı göstərdiyi hörmətsizlik diqqət çəkib. Belə ki, ölən erməni əsgərin anası ağladığı anda onun yanında əyləşən Baş nazirin xanımının gülümsəyərək telefonla oynaması kadra düşüb.

Anna Akopyanın bu hərəkəti bir çox erməni sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb və müstəsna hörmətsizlik kimi qiymətləndirilib.