29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Korona ilə bağlı sərt tədbirlər görülməsə...

02.12.2020

Təəssüf ki, son vaxtlar virusla mübarizəyə diqqəti azaltdıq. Müharibə şəraiti, insanların stress və həyəcan keçirməsi immunitet sisteminin aşağı düşməsinə səbəb oldu.

DM xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, baş verən hadisələr COVİD-19-u unutdurdu və xəstəliyə yoluxanların sayı 4 mini keçdi:

"Əgər əvvəl gündəlik 2 ölüm halı baş verirdisə, bu gün yoluxma artdığı üçün ölüm halları da artıb".

Professor qeyd edib ki, 20 yaşına qədər olan şəxslər xəstəliyin daşıyıcısı hesab olunur:

"20 yaşdan aşağı olanlar ölüm daşıyıcıları hesab olunur. Onlar ətrafa ölüm saçırlar. Hər kəsin ətrafında xəstələr var. 20 yaşa qədər olan şəxslərə müraciət edirəm, əgər ailənizdəkilərin yoluxmasını istəmirsinizsə, qaydalara riayət edin. Bu virus çox qəliz virusdur. Məlumatlar olsa da, yetərli qədər deyil. Yanınızda kimsə siqaret çəkirsə, ondan uzaqlaşsanız da, qoxunu hiss edirsiniz. Siqaret tüstüsü ilə belə virus molekulları yayılır. Taksiyə daxil olar-olmaz pəncərəni açın, havalandırın. 50 yaşdan yuxarı şəxslər birbaşa təhlükəlidir. 4 faiz insanda genetik olaraq immunitet sistemi çalışmır və xəstəlik onlarda ölümlə nəticələnə bilər".

Adil Allahverdiyev deyib ki, vaksinə ümid etmək olmaz:

"Bu gün sosial məsafə, kütləviliyi azaltmaq vacib məqamdır. Virus kütləviliyi sevir. Ona görə də mütləq tədbirlər görülməlidir. Bunlar son dövrdə tətbiq olunan qaydalardır. Nə qədər sərt tədbirlər görülmüş olarsa, o qədər doğrudur. Sərt tədbirlərə mütləq əl atılmalıdır. Artıq xəstələri yerləşdirməyə yer yoxdur. Həkimlər də əldən düşür. Sərt tədbirlər olmadığı halda virusun qarşısını almaq mümkün olmayacaq. Dünyanın bütün ölkələrində bu tədbirlər görülür. İnanıram ki, insanlarımız Vətən müharibəsindən sonra həqiqətən ölkəsinə hər formada dəstək göstərəcək. Biz bununla əsgərlərimizə dəstək vermiş oluruq".